Ər və arvad davası təyyarəni təcili eniş etməyə məcbur etdi 07 Noyabr 2017 02:00 Maraq dünyası -- Ərinin ona xəyanət etdiyini öyrənən qadın... Qətərin Doha şəhərindən Baliyə uçan təyyarə təcili eniş edib. Miade.Az beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, təyyarənin təcili eniş etməsinə təyyarədə olan ər və arvadın davası səbəb olub. Belə ki, əri yuxuda olanda onun barmaq izi ilə telefonunun kilidini açan və telefonuna baxan həyat yoldaşı ərinin ona xəyanət etdiyini öyrənir və buna görə əri ilə dava edir. Qəzəblənən qadın ərini döyməyə başlayır. Təyyarə ekipajları ər və arvadı sakitləşdirə bilmədiyi üçün təyyarə məcburi eniş edib. Teqlər : #Ər və arvad davası təyyarəni təcili eniş etməyə məcbur etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Namazı səhih qılmağı öyrədən ilk mobil proqram - FOTO Twitter ismarcların uzunluğunu artırıb