Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib

Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə dair sazişi təsdiqləyib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Qətər ərazisində türk hərbçilərinin yerləşdirilməsinə haqqında sazişin ratifikasiya edilməsi haqqında sərəncam imzalayıb.
 
Maide.Az Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, Türkiyə və Qətər arasında ikitərəfli əməkdaşlığın möhkəmləndirilməsinə dair 2014-cü ildə imzalanmış saziş Qətər ərazisində Türkiyənin hərbi bazasının yaradılmasını nəzərdə tutur. Bu sərəncama əsasən Türkiyə ordusu Qətərdə 5 min əsgər yerləşdirə bilər. 
 
Qeyd edək ki, bundan gün Türkiyə parlamenti qeyd olunan sazişi ratifikasiya edib.

Google+ WhatsApp ok.ru