Ərəb ölkələrini gözləyən böyük təhlükə: “İkinci Ərəb baharı” 15 Mart 2018 02:00 Dünya -- ərəb dövlətlərində hakimiyyətlərin xalqa qarşı zülmü... “Financial Times” qəzeti Yaxın Şərqdə gələcək proseslər barədə analiz hazırlayıb. Maide.Az xəbər verir ki, “İkinci Ərəb baharı” adlı yazıda Yaxın Şərqdə yeni inqilabların toxumunun əkildiyi qeyd edilib. Bu ölkələrdə işsizlik səviyyəsinin yüksəlməsi, siyasi təzyiqlər və iqtisadi böhranlar fonunda bu zəminin formalaşdığı bildirilib: “2011-ci ildə başlayan birinci “Ərəb baharı”nda bir çox ölkələrdə hökumətlər dəyişdi. 2011-ci ildə insanlar azadlıq, iqtisadi rifah və ədalətli bölgü tələb edirdilər. Lakin, gözlənilənlər nəticələr vermədi. Əksinə, iqtisadiyyat daha da çökdü, siyasi azadlıqlar məhdudlaşdırıldı. Buna görə də növbəti “Ərəb baharı” başlaya bilər”, - deyə məqalədə yazılıb. Həmçinin, vurğulanıb ki, ərəb dövlətlərində hakimiyyətlərin xalqa qarşı zülmü İŞİD-dən daha təhlükəli təşkilatların ortaya çıxmasına səbəb ola bilər. Teqlər : #Ərəb ölkələrini gözləyən böyük təhlükə: İkinci Ərəb baharı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-ın törətdiyi cinayətlərə diqqətimizi artırmalıyıq ABŞ-da minlərlə tələbə etiraz olaraq dərslərdən çıxıb
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO