Əvəz Zeynallı saxlanıldı 20 Dekabr 2017 02:00 Hüquq -- Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb "Xural" qəzetinin baş redaktoru, jurnalist Əvəz Zeynalli saxlanılıb. Maide.Az xəbər verir ki, bu barədə Modern.az-a vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, jurnalist Binəqədi rayon Polis İdarəsinin müvəqqəti saxlama yerində saxlanılır: "Sabah onunla görüşəcəm. Hələ ki onun saxlanılmasının əsasları ilə bağlı heç bir məlumat vermədilər". Qeyd edək ki, Əvəz Zeynallıya qarşı İXM-nin 535.1-ci maddəsi ilə inzibati iş qaldırılıb (polisin qanuni əmrinə tabe olmama). Teqlər : #Əvəz Zeynallı saxlanıldı, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Kanal-13`ün rəhbərinə hökm oxundu 'Nardaran işi-2`: Vəkillər müdafiə nitqi ilə çıxış edib