Əzələlərin gücünü ölçən `ağıllı` əlcək təqdim edilib - VİDEO

Əzələlərin gücünü ölçən `ağıllı` əlcək təqdim edilib - VİDEO

Beyin iflici və dağınıq skleroz xəstəliklərindən əziyyət çəkən pasiyentlərdə əzələlərin möhkəmliyi və gücünü qiymətləndirən həkimlər yalnız öz hisslərinə güvənməli olurlar. Zədələnmiş əlləri büküb açan həkimlər bundan sonra onları möhkəmlik reytinqi üzrə qiymətləndirirlər. Problem ondan ibarətdir ki, bu sistem çox subyektivdir – müxtəlif həkimlər eyni pasiyenti müxtəlif reytinq üzrə qiymətləndirə bilərlər ki, bu da xəstə üçün dərmanların yazılmasında qeyri-dəqiqliklə müşahidə oluna bilər. Bu problemi həll etmək üçün Kaliforniya Universitetinin alimlər komandası “Rady” uşaq xəstəxanası ilə əzələlərin möhkəmliyini və gücünü obyektiv ölçən əlcək hazırlayıblar.
 
Maide.Az “ICTnews”a istinadən xəəbr verir ki, indi sözügedən əlcəyin prototipi 300-dən çox təzyiq sensorundan, həmçinin arxa tərəfdə akselerometrdən ibarətdir. Əlcək “USB” kabel vasitəsilə kompüterə qoşulur. Həkim pasiyentin əllərini büküb açdıqda sensorlar sərf edilən gücü ölçürlər. Kompüterə qurulmuş proqram əzələlərin möhkəmlik dərəcəsini qiymətləndirmək üçün bu məlumatları emal edir.
 
Hazırda komanda əlcəyin dəqiqliyinin artırılması üzərində işləyir. Həmçinin sözügedən texnologiya fizioterapiyada və ya onurğanın sağlamlığının yoxlanmasında istifadə edilə bilər. /

Google+ WhatsApp ok.ru