`əl-Əqsa` məscidi yaxınlığında sionist rejim əsgərləri ilə fələstinlilər arasında atışma: ölənlər var - VİDEO

`əl-Əqsa` məscidi yaxınlığında sionist rejim əsgərləri ilə fələstinlilər arasında atışma: ölənlər var - VİDEO

Fələstin KİV-lərinin məlumatına görə, "əl-Əqsa" məscidinin Babul-Əmud qapısı yaxınlığında sionist rejim əsgərləri ilə fələstinlilər arasında qarşıdurma baş verib.
 
Maide.Az xəbər verir ki, qarşıdurma zamanı 2 fələstinli şəhid olub, 2 işğalçı rejim əsgəri isə öldürülüb.  
 
İsrail KİV-ləri elan edib ki, sionist hərbiçilər və fələstinlilər arasında baş vermiş atışma zamanı 5 İsrail polisi yaralanıb.
 
Əməliyyatdan sonra öldürülən fələstinlilərin üzərində 2 yarım avtomatik silah və bir tapançanın ələ keçirildiyi bildirilib.
 
Bu qarşıdurmadan sonra sionist rejim qüvvələri "əl-Əqsa" məscidini hərbi bölgə elan edib və məscidə giriş-çıxışı qadağan edib. /

Google+ WhatsApp ok.ru