`əl-Əqsa` məscidinin önündə sionist İsrail əsgərlərinin qarşısında azan verdi və ...  - VİDEO

`əl-Əqsa` məscidinin önündə sionist İsrail əsgərlərinin qarşısında azan verdi və ... - VİDEO

"əl-Əqsa" məscidinin xadimi sionist İsrail əsgərlərinin qarşısında və məscidin giriş qapısı önündə ürək yanğısı ilə azan verdi və dinləyənləri kövrəltdi. 
 
Maide.Az xəbər verir ki, bu hadisə cümə günü (14 iyul 2017-ci il tarixində) sionist İsrail əsgərləri tərəfindən Qüdsdə 3 fələstinli gəncin şəhid edilməsi və müqəddəs "əl-Əqsa" məscidinin müsəlmanların üzünə bağlanmasının ardınca baş verib. 
 
Qeyd edək ki, Qüds Vəqflər İdarəsinin işçiləri ötən gün "əl-Əqsa" məscidinə girməkdən imtina edib. Buna səbəb işğalçı rejim qüvvələrinin məscidə giriş üçün yeni elektronik yoxlama qurğularının quraşdırılmasına etiraz etmək olub. Qüds Vəqflər İdarəsinin işçiləri və Qüds sakinləri ötən gün işğalçı rejimin bu addımına etiraz olaraq "əl-Əqsa" məscidinin giriş qapısı önündə namaz qılıb və məscidə girməkdən imtina edib. 

Google+ WhatsApp ok.ru