‘Freedom House’dan İlham Əliyevə cavab gəldi 21 Sentyabr 2016 01:00 Xəbərlər Freedom House beynəlxalq hüquq müdafiə təşkilatı prezident İlham Əliyevin sentyabrın 20-də Avropa Parlamentinin nümayəndələri ilə görüşdə onlarla bağlı söylədiklərini şərh edib. “Turan”-ın xəbərinə görə, bu haqda təşkilatın saytı xəbər verir. Təşkilatın fəaliyyətdə olan prezidenti Daniel Calingeart öz bəyanatında İlham Əliyev hökumətini sərt tənqid edib. “Prezident Ilham Əliyev son 10 ildə Azərbaycanda insan haqlarının dəhşətli durumu , vətəndaş cəmiyyəti fəallarının və bütün siyasi müxalifətin həbsi üçün ən məsul şəxsdir”, prezident deyib. Daniel Calingeart bəyanatında “Freedom House”un Azərbaycanla bağlı çalışmalarını davam etdirəcəyini vurğulayıb. “Freedom House Əliyevlərin başında dayandığı hökumətin insan hüquq və azadlıqlarını pozması hallarına daha artıq diqqət cəlb edən çalışmalarını həyata keçirməyə davam edəcək”, bəyanatda vurğulanır. (azadliq.org) Teqlər : #‘Freedom House’dan İlham Əliyevə cavab gəldi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Xəzər dənizi sahili yaxınlığında vertalyot qəzaya uğradı Nazarbayev oktyabrda Azərbaycana gələcək