“20 Yanvar şəhidləri - Dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa keçirilib-FOTO-VİDEO (YENİLƏNİB)

“20 Yanvar şəhidləri - Dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa keçirilib-FOTO-VİDEO (YENİLƏNİB)

Azərbaycan xalqının qan yaddaşına çevrilən, eyni zamanda azadlıq uğrunda mübarizəsini əkd etdirən 20 yanvar faciəsinin 27-ci ildönümü bütün respublikada həm kədər, həm də fəxarət hissi ilə qeyd olunur.
 
Maide.Az xəbər verir ki, “Yeni Nəbz” qəzetinin və “İslaminSesi” informasiya portalının təşkilatçılığı ilə Beynəlxalq Mətbuat Mərkəzində “20 Yanvar şəhidləri - Dünən, bu gün və sabah” mövzusunda dəyirmi masa keçirilib. 
 
Konfransda ölkənin ruhani alimləri, ziyalıları, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi və faciə qurbanlarının ruhlarına dua oxunmaqla açıq elan olunub.
 
Tədbirdə Azərbaycan İslam Partiyasının sədr əvəzi, ilahiyyatçı alim Hacı İlham Əliyev, QAT sədri Akif Nağı, ilahiyyatçı alim Hacı Əfqan Muradov, politoloq Zərdüşt Əlizadə və digərləri çıxış edərək 20 yanvar faciəsinin mahiyyətindən, bu hadisənin xalqımıza bəxş etdiyi nemətlərdən söz açıblar.  
 
Əliyalın xalqın ən güclü silahlarla təchiz olunan Sovet qoşunlarının qarşısına çıxaraq müstəqillik, azadlıq uğrunda mübarizə aparmalarını Azərbaycanın qəhrəmanlıq salnaməsi kimi xarakterizə ediblər.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru