“Bakı-Tiflis-Qars” bu yay istifadəyə veriləcək

“Bakı-Tiflis-Qars” bu yay istifadəyə veriləcək

Bakı-Tiflis-Qars Dəmiryolu xətti bu yay istifadəyə veriləcək.
 
Çin və Avropa arasında körpü olacaq Bakı-Tiflis-Qars Dəmiryolu xəttinin tamamlama işləri görülür. 
 
600 milyon dollar dəyəri olan layihə 79 km uzunluğundadır. Bu xətt istifadəyə veriləndən sonra Çindən İngiltərə, Almaniya və Fransa kimi Avropa Birliyi ölkələrinə daşınan yükün çatdırılma  müddəti də azalacaq.
 
Əvvəllər 45-62 gün olan daşıma müddətinin 12-15 günə düşəcəyi gözlənilir. Dəmiryolu xətti açıldığında 1 milyon sərnişin, 6,5 milyon ton yükdaşıma qabiliyyətinə sahib olacaq.  
 
Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan bildirib ki, kəsintisiz dəmiryolu xətti yaradılacaq.
“Mərmərə və Bakı-Tiflis-Qars dəmiryolu xətləri bitdiyində Londondan Çinə qədər kəsintisiz dəmiryolu bağlantısı təmin olucanaq”. (modern.az) /
 

Google+ WhatsApp ok.ru