“Bakıda yaşasaq da, elə bil ucqar kənddəyik...”

“Bakıda yaşasaq da, elə bil ucqar kənddəyik...”

-- hər il qış fəsli gələndə küçəni palçıq əlindən keçmək olmur

Suraxanı rayonu, 3-cü mədən Atamoğlan Rzayev küçəsinin sakinləri yolların bərbad vəziyyətdə olmasından şikayətçidir.
 
Maide.Az bildirir ki, bu barədə “Qafqazinfo”ya müraciət edən sakinlər bildirib ki, hər il qış fəsli gələndə küçəni palçıq əlindən keçmək olmur:
 
“İllərdir ki, Suraxanı İcra Hakimiyyətinə problem barədə müraciət etmişik. Bir sıra evlərin qarşısındakı yol artıq keçilməz vəziyyətdə olduğu üçün bağlanıb. Paytaxt rayonunda yaşasaq da, elə bil ki hansısa ucqar dağ kəndində yaşayırıq.
 
Küçəmizə asfalt çəkmirlər. Vaxtilə imkanı olan ailələr pul toplayaraq küçəyə xır tökdürüblər. İndi həmin xır da çöküb. İcra hakimiyyəti müraciətlərimizə illərdir etinasız yanaşır. Heç küçənin kanalizasiya sistemi yoxdur. Kimin imkanı varsa o özünə şəxsi vəsaiti hesabına kanalizasiya sistemi çəkdirib”.
 

Google+ WhatsApp ok.ru