“Bədxassəli dəri xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”

“Bədxassəli dəri xəstəliklərindən əziyyət çəkənlərin sayı artıb”

“Dəridə mövcud olan 2 minə yaxın xəstəliyin çoxunun səbəbi məlum deyil” Maide.Az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu Zülfüqar Fərəcovun APA-ya deyib. 
Z.Fərəcov əlavə edib ki, urada endokrinoloji, sinir faktoru rol oynayır, irsiyyət faktoru önəmlidir. Göbələk, parazitar xəstəliklər infeksion keçici xarakter daşıyır. “Zöhrəvi xəstəliklər də infeksion keçici olur. Onlar bir şəxsdən digərinə keçə bilər. Bundan əlavə, vaxtında diaqnozu qoyularaq müayinə edilmədikdə fəsadları ağır olur. Dermatologiyanın göbələk və parazitar xəstəliklərini çıxsaq, qalanlarının çoxunun səbəbi məlum deyil və infeksion xarakter daşımır”.
Onun sözlərinə görə, Azərbaycanda ən çox təsadüf edilən xəstəliklərdən psoriaz-pullu dəmirov, ekzema, neyro-dermit, allergik-dermatitlər, atepik-dermatit (uşaqalrda dah çox yayılıb), irsi dermatozlar, kollagenozlar, dermatit-salyari, göbələk xəstəlikləri, rəngbərəng dəmirovdur. Allergik-dermatitlər qida mənşəli olur və tənəffüslə, kontakt vasitəsilə keçə bilər.
Bir çox insanlar yay aylarında Günəş faktorunu düzgün dəyərləndirmədikdə onlarda müxtəlif ciddi dəyişiklər əmələ gələ bilər.
 
 Azərbaycanın bölgələrindəki durum 
Z. Fərəcov deyib ki, cənub bölgəsində, Naxçıvanda irsi dermatozlara daha tez-tez rast gəlinir  Bu gün ölkədə nisbətən cənub bölgəsində dəri-zöhrəvi xəstəliklərə daha tez-tez rast gəlinir. Burada ekoloji faktor rol oynayır. Ümumi qida rasionundan, endokrinoloji fondan da asılı ola bilər. Cənub bölgəsi və Naxçıvanda irsi qohumluq əlaqələri daha çoxdur. Ona görə də belə hallara təsadüf olunur.
Onun sözlərinə görə, parazitar xəstəliklərdən olan leşmaniya xəstəliyi əvvəllər Gəncə bölgəsində daha çox rast gəlinirdisə, bu gün şimaldan-Zaqatala, Qax və Balakəndən bu xəstəliklər bağlı daha çox müraciət edirlər. “Son zamanlar Azərbaycanda dəri-zöhrəvi xəstəliklərinin ağır forması olan sudulca xəstələrinin sayında artım var. Əvvəllər belə xəstələr tələf olurdu. Sudulca ağır xəstəlikdir və əvvəllər də müşahidə olunub. Son zamanlar xəstəliyin artmasında ekoloji, həyat məişət şəraiti, stress faktorları mühüm rol oynayır. Bunun hazırda müalicəsi var. Sudulca xəstəliyinə yoluxma ildən-ilə fərqli olur və bu, tam müalicə olunur.”
 
Ölkədə dəri xərçəngi ilə bağlı vəziyyət 
Səhiyyə Nazirliyinin baş dermatoveneroloqu deyib ki, dəridə limfomalar, bədxassəli xəstəliklər çoxdur. Dərinin xərçəngi də bədxassəli xəstəlikdir. Xəstəliklərin bəziləri düzgün müalicə olunduqda insanlar 15-20 il əlavə yaşaya bilər. Amma bəzi nazologiyalar daha aqressiv gedişə malik olurlar. Bunların əmələ gəlməsində bir çox faktorlar, o cümlədən düzgün diaqnozun qoyulmaması mühüm rol oynayır. Sarkoma zamanı xəstədə düyünlər əmələ gəlir, həkim-cərrah onu götürür. Amma həmin düyünlərin götürülməsi düzgün deyil, çünki yerində əlavə düyünlər yaranır.
Z. Fərəcov bildirib ki, Qırmızı-yaşlı dəmirovda qaşınma zamanı düyünlər əmələ gəlir. Bu düyünləri də cərrahi yolla götürdükdə daha da artır. Bunlara nəzarət olunmalı və mütəxəssisə müraciət edilməlidir. Televiziyada çıxış edənlər bu sahə üzrə öz sözlərini demiş adamlar olsa, daha yaxşı olar. Onların təcrübəsini nəzərə almaq lazımdır. Çünki tibdə təcrübə çox böyük əhəmiyyət kəsb edir. Ölkə üzrə dərinin bədxassəli xəstəliklərindən əziyyət çəkənlərin sayında artım var. Bunların əmələ gəlməsində düzgün diaqnostikanın aparılmaması, eyni zamanda, qida və ekoloji faktorlar mühüm rol oynayır. Bəzən GMO məhsulları da orqanizmə mənfi təsir edir.
 
Uşaqlar arasında dəri-zöhrəvi xəstəlikləri
baş dermatoveneroloq bildirib ki,uşaqlar arasında daha çox vitiliqo (ala xəstəliyi) müşahidə olunur. Bu da qurd invaziyası fonunda əmələ gələ bilər. Uşaqlar arasında göbələk, psoriaz, allergik xəstəliklərə də tez-tez rast gəlinir. Əgər uşağın valideynlərindən birində psoriaz xəstəliyi varsa, bu uşağa 25%, hər ikisində varsa 50% ötürülə bilər. Psoriaz elə bir xəstəlikdir ki, orada qıcıqlandırıcı terapiya vermək düzgün deyil. Cinsi yetkinlik dövrünə kimi indeferent müalicə verilsə, müəyyən endokrinoloji dövrə çatanda ola bilər ki, xəstəlik çıxıb getsin. Təcrübədə belə hallar təsadüf edilir. /

Google+ WhatsApp ok.ru