“Döyüş davam etdikcə, raket texnikamız inkişaf edir” - “Ənsərullah”ın sözcüsü

“Döyüş davam etdikcə, raket texnikamız inkişaf edir” - “Ənsərullah”ın sözcüsü

Yəmən “Ənsərullah” hərəkatının sözcüsü Məhəmməd Əbdüssalam Səudiyyə Ərəbistanına xəbərdarlıq edib.
 
Maide.az “Farsnews”a istinadən xəbər verir ki, o, müharibə davam etdikcə Yəmənin də raket imkanlarının da inkişaf edəcəyini və düşmənin də ağlına gəlməyəcək hədəflərə çatmağa başlayacağını söyləyib.
 
Xatırladaq ki, Səud rejiminin Müdafiə Nazirliyi Kəşfiyyat Mərkəzi və digər dövlət qurumlarının binalarının “Berkan H2” ballistik raketlərlə hədəfə alındığı açıqlanmışdı.
 
M.Əbdüssalam da bu açıqlamanı bu elandan bir neçə saat sonra verib.
 

Google+ WhatsApp ok.ru