“Facebook Messenger”də yazışmalar izlənilir

“Facebook Messenger”də yazışmalar izlənilir

-- `Facebook” rəhbərliyinin nümayəndəsi bildirib

"Facebook Messenger”də istifadəçilərin paylaşdığı linklər və şəkillər yoxlanılır. Eyni zamanda moderatora şikayət daxil olduqdan sonra yazışma təhlil olunur və şirkətin qaydalarını pozan istifadəçinin hesabı ən yaxşı halda bloklanır, ən pis halda isə ümumiyyətlə bağlanır.
 
Maide.Az "Oxu.Az"a istinadən xəbər verir ki, şirkət rəhbərliyi belə bir praktikanın mövcud olduğunu təsdiqləyib.
 
Sosial şəbəkənin təsisçisi bu yaxınlarda verdiyi müsahibələrin birində, "Messenger”də Myanmada müsəlmanlara qarşı etnik təmizləmə ilə əlaqədar "sensasiyalı məlumatların” ötürüldüyünü faktının aşkarlandığını bildirib. Onun sözlərinə görə "Facebook” sistemi bu məlumatları bloklayıb.
 
Zukerberqin bu bəyanatı bir sıra istifadəçilərin narahatçılığına səbəb olub. Onlar sosial şəbəkənin yazışmaları nə dərəcədə təfsilatlı şəkildə təhlil etdiyi sualını verib.
 
Şirkət rəhbərliyi bildirib ki, burada söhbət məlumatları skan edən alqoritmdən gedir. Eyni alətdən sosial şəbəkədə postların kontentinin "Facebook” qaydalarına uyğunluq baxımından avtomatik yoxlanılmasında istifadə olunur.
 
"Məsələn, siz "Messenger”lə şəkil göndərdikdə, bizim sistem avtomatik onu skan edir və alqoritm deyək ki, uşaqların cinsi istismarı ilə bağlı bazada olan şəkillərlə uyğunluğun olub olmadığını yoxlayır. Siz linklər göndərdikdə, biz həmin saytlarda virusun olub-olmadığını yoxlayırıq” deyə "Facebook” rəhbərliyinin nümayəndəsi bildirib.
 

Google+ WhatsApp ok.ru