“Facebook” səhifə oğurluqlarına qarşı funksiya yaradır 29 Noyabr 2017 02:00 Maraq dünyası -- istifadəçilərdən selfi çəkib göndərməsini xahiş edəcək “Facebook” administrasiyası səhifə sahibinin selfisindən istifadə olunmasını nəzərdə tutan yeni müdafiə funksiyasını test edir. İKT.lent.az-ın “Wired” saytına istinadən verdiyi xəbərə görə, əgər sistem nəyinsə qaydasında olmadığından şübhələnsə, istifadəçidən öz şəxsiyyətini təsdiqləmək üçün selfi çəkib göndərməsini xahiş edəcək. Beləliklə, həmin səhifədən istifadə edən şəxsin həqiqi və ya saxta olduğu müəyyənləşdiriləcək. Selfini aldıqdan sonra “Facebook” səhifəni müvəqqəti donduracaq və yeni fotonun profil fotosu ilə müqayisəsini aparacaq. Yeni funksiya istifadəçilərin səhifələrinin oğurlanması hallarının qarşısını almaq üçün yaradılır. Teqlər : #Facebook səhifə oğurluqlarına qarşı funksiya yaradır, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Uşaqlar avtobusun altında 80 km yol getdi “WhatsApp”dan səsli mesajlarla bağlı YENİLİK