“Facebook” şirkəti “Messenger”də `dislayk` düyməsini sınaqdan keçirir

“Facebook” şirkəti “Messenger”də `dislayk` düyməsini sınaqdan keçirir

İndi “Facebook Messenger” proqramında mesajlara müxtəlif reaksiya vermək mümkündür. Həmçinin məşhur sosial şəbəkə öz istifadəçiləri üçün mesajlara dislayk qoymaq imkanı yaratmaq qərarına gəlib.
 
Hələ ki, sözügedən funksiya test proqramı çərçivəsində yalnız məhdud sayda istifadəçilərə əlçatandır. Sosial şəbəkədə edilmiş yenilik mesaja 7 variantdan (həmçinin layk və dislayk şəklində) ibarət emoji formasında reaksiya vermək imkanı yaradır.
 
“iMessage” messencerində olduğu kimi, çatda göndərilmiş dostların mesajlarının seçimi zamanı emoji opsiyası meydana çıxır. İndi bu opsiyada ənənəvi simvollardan başqa qəmgin və hətta qəzəbi ifadə edən smayliklər mövcuddur. Beləliklə, “Facebook” ünsiyyəti daha da canlandırmağa və reaksiyaları müxtəlifləşdirməyə çalışır. (ictnews) /
 

Google+ WhatsApp ok.ru