“Facebook”un mobil versiyasının dizaynı dəyişir 17 Avqust 2017 01:00 Maraq dünyası “Facebook” özünün smartfonlar üçün mobil əlavəsinin dizaynında dəyişiklik etməyə hazırlaşır. Avatarların kənarlarının dairəvi formaya salınması, xidmətin daha sadə naviqasiya ilə təchiz edilməsi və ikonların ölçüsünün böyüdülməsi gözlənilir. Bundan başqa, çox güman ki, şərh hissəsi genişləndiriləcək və şərhlərdən hansının birbaşa statusa aid olduğunu, hansının isə digər ziyarətçinin şərhinə replika olduğunu müəyyən etmək asanlaşacaq. “Facebook” mobil əlavəsinin istifadəçiləri yenilənmiş dizaynla bir neçə gündən sonra tanış ola biləcək. (lent.az) / Teqlər : #Facebookun mobil versiyasının dizaynı dəyişir, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru `Facebook` saxta xəbərlərlə mübarizə aparacaq Əllərdəki ləkələr necə yox edilir