“Fələstinin paytaxtının üzərindən uçuruq” deyən pilot həbs olundu - YENİLƏNİB/VİDEO

“Fələstinin paytaxtının üzərindən uçuruq” deyən pilot həbs olundu - YENİLƏNİB/VİDEO

-- Solunuzda Qüdsdür - Fələstinin paytaxtı

( İlk xəbər 14 dekabr 2017-ci ildə saat 14:27-də dərc olunmuşdur)
 
 
İordaniyadan ABŞ-a uçan təyyarənin pilotu Qüds üzərində “Fələstinin paytaxtının üzərindən uçuruq” dediyi üçün Nyu-Yorkda saxlanılıb.
 
Con F. Kennedi aeroportunun təhlükəsizlik idarəsi İordaniya krallığına aid bir sərnişin təyyarəsinin pilotunu həbs edib.
 
Yusif Daya adlı iordaniyalı pilotun səfər vaxtı “Hal-hazırda Fələstinin paytaxtı Qüdsün üzərindən uçuruq”, dediyi üçün həbs edildiyi bildirilir.
 
2015-ci ildə də analoji hadisə İspaniya-Tel-Əviv reysində baş vermişdi. İspaniya aviasiya şirkətinə aid bir təyyarənin pilotu, “Fələstinə eniş etdik”, dediyinə görə sionist rejimin təhlükəsizlik idarəsi tərəfindən  saxlanılmışdı. (deyerler.org )
 
 
***
İordaniya Krallığı Hava Yolları təyyarəsində pilot Qüds üzərində sərnişinlərə "Fələstinin paytaxtından keçirik" anonsu edib.
 
Maide.Az “Anadolu” agentliyinə istinadən xəbər verir  pilot  Yusif Dace çərşənbə axşamı günü (dünən, 13 dekabr - red.) Amman-Nyu-York səfəri zamanı Fələstin torpaqlarından keçərkən sərnişinlərə verdiyi anonsda, Qüds üçün "Fələstinin paytaxtı" ifadəsini işlədib.
 
Pilotun elanının videosu sosial mediada sürətlə yayılıb. Videoda  pilotun "Kraliça Aliyə Hava Limanından Kennedi Hava Limanına etdiyimiz uçuşda Fələstin ərazisindən keçəcəyik. Sol tərəfimizdə Qüdsü-Şərifi görürsünüz ki, Fələstinin paytaxtıdır." dediyi eşidilir.
 
Təyyarədə olan ərəb sərnişinlər sosial mediada paylaşdıqları mesajlarda ərəbcə və ingiliscə edilən anonsu eşidəndə hiss etdikləri qüruru ifadə ediblər. Əziz Əbubəkr adlı "Facebook" istifadəçisi "Qubbətüs-Səhra üzərindən uçarkən pilotun "Sol tərəfinizdə Qüdsdür - Fələstinin paytaxtı" dediyini eşitdik. O tarixdə o təyyarədə olduğum üçün qürur duyuram",- deyə yazıb.
 
Təyyarənin köməkçi pilotu Cəmil Halase də verdiyi açıqlamada, "Kapitanın belə bir şey deyəcəyini əvvəlcədən bilmirdim. Amma söylədiklərini eşidəndə, hələ də həqiqətləri söyləməyə cəsarət edə bilən sadə insanların var olduğunu görmək məni qürurlandırdı.  O, təyyarədə çoxlu sayda Amerika vətəndaşı olduğunu bilirdi. Fələstin və İsrail üzərindən uçacağımızı da bilirdi. Bunları bilərək bu ifadələri işlətdi. Onunla qürur duyuram",- deyə bildirib.

 

Google+ WhatsApp ok.ru