“Google” səsli mesajı mətnə çevirən messencerini təqdim etdi

“Google” səsli mesajı mətnə çevirən messencerini təqdim etdi

“Google” şirkətinə məxsus “Area 120” startapı mesajlarla mübadilə üçün “Supersonic Fun Voice Messenger” mobil proqramını istifadəyə verib.
 
Proqramın kifayət qədər maraqlı konsepsiyası var: istifadəçi tərəfindən diktə edilən mesaj avtomatik mətnə çevrilir, həm də cümlələr arasında məzmuna uyğun smayliklər qoyulur.
 
Maide.Az “ICTnews”a istinadən yazır ki, “Supersonic Fun Voice Messenger” yalnız səsli mesajları göndərmək deyil, həm də onu mətnə çevirmək qabiliyyətinə malikdir. Bu, göndərilmiş səsli mesajı dinləmək imkanı mövcud olmayan hallar üçün nəzərdə tutulub. Yaradıcılar xüsusi olaraq qeyd edirlər ki, messencer bəzi sözləri mətnə deyil, emodziyə çevirir.
 
Şəxsi və ya qrup çatlar imkanı əlçatandır. Səsli mesajlar qəbul edən tərəfindən dinlənilən kimi silinir.
 

Google+ WhatsApp ok.ru