“Həmas” Fələstində üçüncü “intifada”nın başladığını elan edib

“Həmas” Fələstində üçüncü “intifada”nın başladığını elan edib

-- etiraz dalğası daha da genişləndirilir

“Həmas” Hərəkatı ABŞ prezidenti Donald Trampın qərarına etiraz olaraq üçüncü “intifada”nın, başqa sözlə, üsyanın başladığını elan edib.

 
 Bu barədə “RİA Novosti”yə hərəkatın mətbuat katibi Abdulativ Alkanu bildirib.
 
“Etirazların davam etdirilməsi və qərarın ləğv olunması üçün ABŞ-a təzyiq göstərilmək məqsədilə üçüncü İntifadanın başlandığını bəyan etdik. İntifada çərçivəsində Qəzza zolağında etiraz dalğası daha da genişləndirilir. Bu üçüncü İntifadadır”, - deyə Alkanu bildirib.
 
Qeyd edək ki, birinci İntifada (fələstinlilərin İsrail işğalına qarşı müqaviməti) 1987-1991-ci illərdə, İkinci İntifada isə 2000-2005-ci illərdə baş verib.(faktxeber)

Google+ WhatsApp ok.ru