“Kanal 13”-ün direktoru barəsindəki istintaq başa çatdı

“Kanal 13”-ün direktoru barəsindəki istintaq başa çatdı

“Kanal 13” internet televiziyasının direktoru Əziz Orucovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
 
Lent.az-ın məlumatına görə, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.
Onun sözlərinə görə, Kanal13 rəhbəri Əziz Orucovun barəsində olan cinayət işinin istintaqının bitirilməsi Bakı İstintaq Təcridxanasında müdafiə tərəfinə bu gün elan edilib və iş materialları ilə tanışlıq mərhələsi başlayıb.
 
Qeyd edək ki, Ə.Orucov barəsində Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq, külli miqdarda gəlir əldə etməklə törədildikdə) və 308-ci (vəzifə saxtakarlığı) maddəsi ilə ittiham olunur.
 
Nəsimi rayon Məhkəməsinin qərarı ilə onun barəsində həbs qətimkan tədbiri seçilib.
 

Google+ WhatsApp ok.ru