“Mossad”ın keçmiş rəhbəri Rusiya ilə müharibədən çəkindi

-- Bu super güclə savaşmaqdan öncə digər mübarizə yollarını tapmalıyıq

İşğalçı sionist İsrailin kəşfiyyat xidməti “Mossad”ın sabiq rəhbəri Efraim Qalevi İsrail və Rusiya arasında savaş çıxma ehtimalından danışıb.
 
Maide.Az “acilnews”a istinadən xəbər verir ki, E.Qalevi bu barədə “Kanal 10”a müsahibəsində fikirlərini bölüşüb:
 
“Bu savaş ölkəmizin şimalına (Suriyada) yerləşən və buradakı mövqelərini gücləndirməyə çalışan Rusiya ilə ola bilər. Bu super güclə savaşmaqdan öncə digər mübarizə yollarını tapmalıyıq. Savaş çıxarsa da qalib gəlməliyik”.
 
Qeyd edək ki, son zamanlar Suriya ərazisində İsrail və Rusiya qüvvələri arasında gərginlik yaşanır.

Google+ WhatsApp ok.ru