“Məscidül-Həram”da zəm-zəm quyusunun təmiri başa çatdı

“Məscidül-Həram”da zəm-zəm quyusunun təmiri başa çatdı

-- “Kəbə” ətrafındakı dəmir maneələr götürülüb.

Məkkədə müqəddəs “Məscidül-Həram”da yerləşən zəm-zəm quyusunun şəraitinin təkmilləşdirilməsi üçün həyata keçirilən işlər yekunlaşıb.
 
Maide.Az “Dünya Bülteni”nə istinadən xəbər verir ki, layihədə çərçivəsində quyunun suyunun daşınması üçün müxtəlif kanalların inşası, ətrafını daha da gözəlləşdirilməsi, “Məscidül-Həram”ın bünövrəsindəki beton və dəmirin quyuya təsirinin azaldılması həyata keçirilib.
 
İşlər yekunlaşdığı üçün “Kəbə” ətrafındakı dəmir maneələr götürülüb.
 
Qeyd edək ki, layihəyə 28 oktyabr 2017-ci ildə start verilmişdi.
 

 

Google+ WhatsApp ok.ru