“Qarabağ” - “Atletiko” oyununun azarkeşlərinə pulsuz avtobus ayrılmayacaq

“Qarabağ” - “Atletiko” oyununun azarkeşlərinə pulsuz avtobus ayrılmayacaq

Oktyabrın 18-də Avropa Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində Bakı Olimpiya Stadionunda keçiriləcək “Qarabağ”–“Atletiko” görüşünü izləyəcək biletli tamaşaçıların ödənişsiz daşınması həyata keçirilməyəcək.
 
Bu barədə BNA-nın İctimai əlaqələr və maarifləndirmə şöbəsinin müdiri Mais Ağayev məlumat verib.
 
M.Ağayev qeyd edib ki, oyun günü Bakı Olimpiya Stadionu istiqamətində fəaliyyət göstərən marşrut xətlərinin işinə nəzarəti gücləndirəcək:“Xüsusi ekspress avtobusların ayrılması isə nəzərdə tutulmayıb”.
 
“Qarabağ” - "Atletiko" oyunu oktyabrın 18-i saat 20:00-da başlayacaq
 

Google+ WhatsApp ok.ru