“Qüds günü” ilə əlaqədar məqalə müsabiqəsi

“Qüds günü” ilə əlaqədar məqalə müsabiqəsi

Dünya müsəlmanlarının ilk qibləsi olan müqəddəs Qüds şəhəri uzun illərdir ki, sionizmin işğalı altındadır. Təcavüzkarlar nəinki müsəlmanların Əl-Əqsa məscidinə - Həzrət Peyğəmbərimizin merac etdiyi məkana girişinə, orada ibadətlərinə imkan vermir, hətta dini-tarixi məkanları gizli-aşkar yollarla söküb dağıdır, yerlə-yeksan edirlər. 
 
Maide.Az xəbər verir ki, bu hadisələrin unudulmaması, dünya müsəlmanlarının vəhdəti və öz haqları uğrunda mücadiləyə səfərbərlikləri üçün, eləcə də məzlumların zalımlara qarşı mübarizəsinin simvolu kimi, İslam inqilabının şanlı banisi Seyid Ruhullah Musəvi Xomeyni (r.ə) mübarək Ramazan ayının son cüməsinin “Beynəlxalq Qüds Günü” elan olunması barədə tövsiyyə buyurub.
 
“Qələm” Yazarlar Birliyi də Qüds Günü ilə əlaqədar yazı müsabiqəsi elan edir.
 
Müsabiqədə hər müəllif 9-12 min kompüter işarəsi həcmində, indiyədək yayımlanmayan bir məqalə ilə iştirak edə bilər. Seçim zamanı materialların məzmunca orijinallığı və əhatəliliyi, faktlarla zənginliyi, “Qüds Günü”nün mahiyyətinə, fəlsəfəsinə necə nüfuz edə bilməsi əsas götürüləcək.
 
Mükafatlar: I yer – 300 manat; II yer 250 manat; III yer – 200 manat; bundan əlavə fərqlənən 5 məqalənin hər birinə 100 manat. Qalibləri müqəddəs məkanların ziyarəti və digər hədiyyələr də gözləyir. Bəyənilən yazılar dövri mətbuatda və sosial şəbəkələrdə təqdim olunacaq.
 
Məqalələr bu ünvana göndərilməlidir: [email protected] 
Müsabiqəyə iyunun 10-da yekun vurulacaq və mükafatlandırma Qüds Günü ərəfəsində keçiriləcək. Uğurlar arzulayırıq!
 

 

Google+ WhatsApp ok.ru