“Qüds Günü” vəhdətin əldə edilməsi məqsədi ilə elan olunub”

“Qüds Günü” vəhdətin əldə edilməsi məqsədi ilə elan olunub”

-- Akif Nağı: “ABŞ və işğalçı İsrail rejiminin atdığı son addımlar Qüds məsələsini daha da aktuallaşdırıb və gərginləşdirib”

Mübarək Ramazan ayının son cüməsi ümumdünya “Qüds Günü” kimi qeyd olunur. Zülmkarlığın, haqsızlığın ziddiyyətin mərkəzi olan müqəddəs Qüds şəhər həm də zülmə, haqsızlığa qarşı etiraz simvoludur. Odur ki, dünya müsəlmanları, həmçinin zülmə, ədalətsizliyə, imperializmə etiraz edən hər kəs “Qüds Günü” nü qeyd edir və haqsızlığa qarşı öz etiraz səsini ucaldır.  
 
Maide.Az bildirir ki, “İslaminSesi” nə bu günün müsəlman aləmi və eləcədə bütün dünya üçün əhəmiyyətindən danışan Qarabağ Azadlıq Təşkilatının sədri Akif Nağı maraqlı fikirlər səsləndirib. O, bildirib ki,  “Beynəlxalq Qüds Günü” vəhdətin əldə edilməsi məqsədi ilə elan olunub: “ Biz hər zaman deyirik ki, müsəlman dünyasının ümumi problemləri İslam həmrəyliyi ilə öz həllini tapmalıdır. ABŞ və işğalçı İsrail rejiminin atdığı son addımlar Qüds məsələsini daha da aktuallaşdırıb və gərginləşdirib. Çünki ABŞ və işğalçı İsrail rejiminin apardığı siyasət bir az da dərinləşib və həddləri aşıb. Qüdsü ərazi baxımından özününküləşdirmək üçün ABŞ, öz  səfirliyini ora köçürdü. Eyni zamanda fələstinlilərə qarşı daha amansız və qəddar üsullara əl atılır.  Bu səbəbdən də  Qüds müdafiə olunmalı və onun azadlığına birgə səy göstərilməlidir”.
 
Akif Nağının sözlərinə görə, heç bir yerdən İslam dünyasının problemlərinin həllinə yardım yoxdur: “ Buna görə də İslam dünyası öz problemlərini birlikdə həll etməyə səy göstərməlidir.  Tədricən “Qüds Günü” nün rəsmi səviyyədə qeyd olunması prosesi gedir. Hərçənd Azərbaycanda bu günün qeyd olunma səviyyəsi o qədər də ürəkaçan deyil. Müəyyən diplomatik məsafələr , yaxud İsraillə münasibətlərin pozulmasını istəməmək düşüncəsi hələlik “Qüds Günü” nün Azərbaycanda dövlət səviyyəsində keçirilməsinə imkan vermir. Lakin bu istiqamətdə müəyyən irəliləyişlərin hiss olunması müsbət haldır”.
 

Google+ WhatsApp ok.ru