“Qüds Günü” İslamın sülh, əxlaq dini olduğunu sübuta yetirən gündür”

“Qüds Günü” İslamın sülh, əxlaq dini olduğunu sübuta yetirən gündür”

“Bu gün dünyanın mənzərəsi elə bir həddə çatıb ki, “Beynəlxalq Qüds Günü”nün əhəmiyyəti olduqca artıb”.
 
Maide.Az  xəbər verir ki, bu fikirləri qarşıdan gələn “Beynəlxalq Qüds Günü”nün əhəmiyyəti haqda danışarkən, Ziyalılar Birliyinin sədri Eldəniz Quliyev səsləndirib.
 
Eldəniz Quliyev bildirib ki, bu gün İslam dininə, müsəlmanlara qarşı haqq edilməyən qınaq mövcuddur: “ “Beynəlxalq Qüds Günü” bu qınağı puç edən, İslamın sülh, mənəviyyat, əxlaq dini olduğunu sübuta yetirən bir gündür. İslam dini bütləri dağıtsa da, ürəklərdə hələ də sınmayan bütlər mövcuddur. “Beynəlxalq Qüds Günü” məhz ürəklərdəki bütləri dağıdan , insana sevgi, nəhəbbət, sülh aşılayan bir gündür. Min illər keçsə də, bu günə görə İmam Xomeyniyə minnətdar olacağıq. Biz sadəcə bu günün miqyasını və çərçivəsini artırmalıyıq”. (islaminsesi)
 

Google+ WhatsApp ok.ru