“Real Madrid” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq

“Real Madrid” Zinəddin Zidanla yeni müqavilə imzalayacaq

45 yaşlı mütəxəssislə 3 illik sözləşmə imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyona qaldırılacaq
 
İspaniyanın “Real Madrid” klubu əsas komandanın baş məşqçisi Zinəddin Zidanla yeni müqavilə imzalayacaq. 
 
Məlumata görə, 45 yaşlı mütəxəssislə 3 illik saziş imzalanacaq və onun illik əmək haqqı 4,35 milyondan 8 milyon avroya qaldırılacaq.
 
Qeyd edək ki, Z.Zidan 2016-cı il yanvarın 4-də “Real Madrid”in baş məşqçisi təyin olunub. Paytaxt təmsilçisi onun rəhbərliyi altında ardıcıl 2 dəfə Çempionlar Liqasını qazanmaqla yanaşı, klublararası dünya çempionatının, UEFA Superkuboku və İspaniya çempionatının qalibi olub. (report) /

Google+ WhatsApp ok.ru