“Real”dan yeni rekord

“Real”dan yeni rekord

-- ispanlar 42 matçlıq rekordu yeniləyib

“Real” yeni rekorda imza atıb. Apasport.az saytının məlumatına görə, Madrid klubu bunu Çempionlar Liqasının yarımfinal mərhələsində “Bavariya” ilə cavab matçında həyata keçirib.
 
Belə ki, hazırda davam edən qarşılaşmada Almaniya klubunun qapısından 2 top keçirən “kral klubu” avrokuboklarda öz meydanında ardıcıl 43-cü qolunu vurub.
 
Bununla ispanlar “Tottenhem”ə məxsus 42 matçlıq rekordu yeniləyib. Londonlular 1961-1984-cü illərdə bunu gerçəkləşdirmişdilər.
 
Maraqlıdı ki, “Tottenhem”in rekordu 1985-ci ildə məhz “Real”la oyunda (0:1) qırılmışdı.
 
 

Google+ WhatsApp ok.ru