“Skripal işi”ndə şübhəlilər açıqlandı

“Skripal işi”ndə şübhəlilər açıqlandı

İngiltərə hüquq-mühafizə orqanları martın 4-də Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan Sergey Skripalın qızı Yuliya ilə birlikdə Salisburi şəhərində zəhərlənməsində şübhəli bilinən 2 nəfərin adını açıqlayıb.
 
Maide.Az “Ahaber”ə istinadən xəbər verir ki, onlar Rusiya vətəndaşları Aleksandr Petrovla Ruslan Boşirovdur.
 
Hər iki şübhəli 40 yaşlarındadır.
 
London polisi bildirib ki, şübhəlilər martın 2-də Londona gəliblər. Petrovla Boşirovun qaldığı oteldə zəhərləyici maddə olan “Noviçok”un izləri tapılıb.

Google+ WhatsApp ok.ru