“Sədərək” Ticarət Mərkəzində yanğın olub - YENİLƏNİB - FOTO - VİDEO

“Sədərək” Ticarət Mərkəzində yanğın olub - YENİLƏNİB - FOTO - VİDEO

(İlk xəbər 09:21-də verilib)
 
Bu gün Sədərək Ticarət Mərkəzində baş vermiş yanğın zamanı iki nəfər zərər çəkib.
 
Verilən məlumata görə, yanğın nəticəsində ticarət mərkəzində mühafizəçi işləyən 41 yaşlı Azər Maqsudov müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. 
 
Eyni zamanda, ticarət mərkəzində satıcı işləyən Sərdar adlı şəxs tüstüdən zəhərlənib. 
 
Onlar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıblar. 
 
 
 
***
Hadisə yerindən verilən məlumata görə, yanğın pərdə-tül mağazasında baş verib və nəticədə bütün mallar yanıb.
 
Yanğın qismən digər mağazalara da keçib və ümumilikdə 54 kvadratmetr ərazi yanıb.
 
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin 8 yanğınsöndürmə avtomobili cəlb edilib və yanğın saat 09:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
 
İlkin məlumata görə, bir sahibkara təqribən 7 000 manat ziyan dəyib. 
 
Hadisənin qısaqapanma nəticəsində yarandığı ehtimal edilir
 
Hazırda yanğının baş vermə səbəbləri araşdırılır. (report)
 
 
***
“Sədərək” Ticarət Mərkəzində yanğın baş verib.
 
Şahidlərin APA-ya verdiyi məlumata görə, yanğın mağazalardan birində qeydə alınıb.
 
Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.
 
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən APA-ya bildirilib ki, yanğın lokallaşdırılıb.
 
Yanğının söndürülməsi üçün tədbirlər davam etdirilir.
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru