“WhatsApp” qrup söhbətlərində möhtəşəm yenilik

“WhatsApp” qrup söhbətlərində möhtəşəm yenilik

-- adminlər digər üzvlər tərəfindən qrupa mesaj göndərilməsini bağlaya biləcəklər

Məşhur mesajlaşma platforması “WhatsApp” qrup söhbətlərinə yeni funksiya əlavə edib.
 
Maide.Az NTV-yə istinadən xəbər verir ki, bundan sonra qrup adminləri istədikləri zaman digər üzvlər tərəfindən qrupa mesaj göndərilməsini bağlaya biləcəklər.
 
Bu zaman istifadəçilərə bu barədə məlumat veriləcək.
 
Artıq bu funksiya tətbiqin yenilənmiş versiyasında bütün istifadəçilər üçün aktif edilib.
 

Google+ WhatsApp ok.ru