“WhatsApp”da çoxlu mesaj sizi bezdirirsə.... – Yeni funksiya işinizə yarayacaq

“WhatsApp”da çoxlu mesaj sizi bezdirirsə.... – Yeni funksiya işinizə yarayacaq

“WhatsApp” mesajlaşma platfrmasında qruplarda və ya şəxsi yazışmalarda ardı-arası kəsilməyən ismarışlardan qurtulmaq üçün yeni funksiya istifadəyə verilib.
 
Maide.Az “NTV”yə istinadən xəbər verir ki, artıq bir qrupdan və ya şəxsdən 50-dən çox ismarış gələrsə, bildiriş panelində həmin söhbəti səssizə almaq mümkün olacaq.
 
Funksiya hazırda “WhatsApp” tətbiqinin “Play Store”dakı “Beta 2.18.216” versiyasında aktivdir.
 
Hazırda sınaq mərhələsində olan funksiyanın yaxın vaxtlarda hər kəs üçün əlçatan olacağı gözlənilir.

Google+ WhatsApp ok.ru