“WhatsApp”dan daha bir funksiya

“WhatsApp”dan daha bir funksiya

-- NÖMRƏNİ DƏYİŞMƏK MÜMKÜN OLDU

“WhatsApp” messencerinin tərtibatçıları yeni funksiyanı təqdim ediblər.
 
Maide.Az "lent.az" istinadən məlumatına görə, bu funksiya istifadəçilərə nömrəni dəyişmək imkanı verəcək.
 
Hazırda bu funksiyanı proqramın “Android” versiyasını yeniləyəndən sonra istifadə etmək mümkün olacaq. Istifadəçilər bütün məlumatlarını bir nömrədən digərinə keçirə biləcəklər. Bu zaman onlar bütün faylları, həmçinin yazışma tarixçəsini saxlaya biləcəklər.
 
Abunəçi öz seçimi ilə hansı həmsöhbətlərindən kimə nömrəsinin dəyişməsi barədə məlumat verilməsinə qərar verə biləcək.
 
Hazırda bu funksiya beta test mərhələsindədir. Gözlənilir ki, bir müddət sonra bu funksiya iOS və “Windows” əməliyyat sistemi ilə idarə olunan cihazlarda da olacaq.
 

Google+ WhatsApp ok.ru