“Xırdalan dairəsi”ndə hərəkət tam məhdudlaşdırılacaq 10 May 2018 01:00 Ölkə -- Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq Bakı-Quba-Rusiya ilə dövlət sərhədi avtomobil yolunun 11-16-cı km-lik hissəsində “Xırdalan dairəsi”ndən Bakı şəhəri istiqamətində üfüqi nişanlanma xətlərinin yenidən rənglənməsi ilə əlaqədar olaraq bu gün saat 23:00-dan etibarən hərəkət məhdudlaşdırılacaq. Maide.Az bildirir ki, “APA-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyi birgə məlumat yayıb. “Rənglənmə işləri səhər saatlarınadək yekunlaşdırılacaq. Sürücülərdən həmin istiqamətdə qeyd olunan saatlarda alternativ yollardan istifadə etmələri tövsiyə olunur”, - məlumatda qeyd olunub. Teqlər : #Xırdalan dairəsində hərəkət tam məhdudlaşdırılacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru II və III ixtisas qrupları bu tarixdə qəbul imtahanı verəcək İranda keçirilən konfransda ermənilərə böyük zərbə