“YouTube”da yenilik

“YouTube”da yenilik

“Google” şirkətinə məxsus “YouTube” videohostinqi mesajlarla mübadilə üçün yeni platforma istifadəyə verib. “TechCrunch” nəşri yazır ki, yeni platforma hələ ki yalnız kanadalılara əlçatandır.
 
Maide.az “ICTnews”a istinadən xəbər verir ki, Kanada Şimali Amerikanın internet bazarına oxşarlığına görə sınaq meydançası qismində seçilib. Kanadada yaşayan insanların sayı ABŞ-ın Kaliforniya ştatı ilə eynidir. Bundan başqa, kanadalılar “YouTube” xidmətində daha çox video paylaşırlar.
 
“Google” şirkəti “YouTube” videohostinqinə messencer funksiyası əlavə etməklə istifadəçilərin müzakirəni “Facebook”da deyil, onun platformasında aparmasını planlaşdırırlar. Yeni platformanın imkanları çarxlara şərh yazılması ilə məhdudlaşmır: həmsöhbətlər bir-birinə mətn mesajları göndərə bilərlər.
 
Yeni funksiya həm “Android”, həm də “iOS” qurğularda əlçatandır.
 

 

Google+ WhatsApp ok.ru