“İrandan Yəmənə silah getməyib, bu Yəmənə hücum üçün bəhanə idi”

“İrandan Yəmənə silah getməyib, bu Yəmənə hücum üçün bəhanə idi”

“Mənim tabeçiliyimdə olanların və Ənsarullahın İranla heç bir rabitəsi və həmkarlığı olmuyub,amma ey kaş olardı. Xüsusilədə Yəmənin hazırda vəziyyəti iqtisadi və hərbi baxımdan pisdir. Bu Səuudiyyənin Yəmənə hücum üçün bəhanəsi idi”
 
Bunu Yəmənin sabiq prezidenti Əli Abdullah Saleh verdiyi müsahibədə deyib.
 
Yəmənin sabiq prezidenti jurnalistin İrandan Yəmənə su yolu ilə silahın göndərilməsi iddiasına belə cavab verib:
 
“Mənim bildiyimə görə belə bir şey yoxdur. Bu doğrudur ki ölkənin idarəsi və hərbi təşkilatlar Ənsarullahın əlindədir, lakin İrandan Yəmənə silah göndərmək əsassızdır.”
 
Yəmənli qüvvələrin müharibə cinayətləri törətməkdə ittiham edilməsinə münasibət bildirən sabiq prezident deyib:
 
“Muharibə cinayətini törədən biz deyilik, Səudiyyə Ərəbistanı və onun koalisiyasıdır ki, mülki şəxsləri durmadan bombalayırlar.”
 
O əlavə edib:
 
Səudiyyədən başqa heç bir ölkə ilə problemləri olmadığını deyən sabiq prezident münaqişənin həllinin Amerikanın əlində olduğunu belə izah edib:
 
“Biz amerikalılara demişik ki həlli yolu sizin əlinizdədir. Siz Səudiyyə Ərəbistanı hərbi və logestik baxımdan dəstəkləməkdən əl götürün və daha sonra biz sizin mənafeyiniz hada danışa bilərik”. (islaminsesi) /

Google+ WhatsApp ok.ru