“İşğaldan xilasın ən qısa yolu müqavimətdir” - İsmayıl Həniyyə

“İşğaldan xilasın ən qısa yolu müqavimətdir” - İsmayıl Həniyyə

Fələstin İslami Müqavimət Hərəkatının (Həmas) siyasi şurasının rəhbəri İsmayıl Həniyyə sionist işğalçı İsraili heç vaxt rəsmi olaraq tanımayacaqlarını söyləyib.
 
Maide.Az “Shafaqna”ya istinadən xəbər verir ki, hazırda Qəzza Zolağının sionist işğalçı “Şabak” təşkilatı ilə savaşdığını deyib:
 
“Fələstinin bir qarış belə torpağından vaz keçməyəcəyik. Qüds bizimdir. Müqəddəs məkanları işğaldan xilas etməyin ən qısa yolu müqavimətdir”.
 
Şəhidlərin Vətən torpaqlarını qanları ilə suladıqlarını bildirən Həniyyə, təhlükəsizliyi təmin etmək üçün yüzlərlə şəhid verən Fələstin Polis Təşkilatının fəaliyyətini də yüksək qiymətləndirib.
 

Google+ WhatsApp ok.ru