“Şərq bazarı” bağlanır

“Şərq bazarı” bağlanır

-- Tarix açıqlandı

"Şərq bazarı" təmirə bağlanacaq.
 
Maide.Az bildirir ki, bu barədə “Qafqazinfo”ya məlumatı bazar rəhbərliyi və satıcılar verib.
 
Satıcıların sözlərinə görə, onlara aprel ayının 1-nə kimi mağazaları boşaltmaq tapşırılıb:
 
“Bizə sadəcə dedilər ki, təmir işi aparılacaq, mart ayının 31-i son gündür. Daha bilmirik, təmir nə müddətə aparılacaq. Həmin vaxtda müxtəlif bazarda işimizi davam etdirəcəyik”.
 
Bazar rəhbərliyi də yaxın zamanda təmir işinə başlanılacağını təsdiqləyib:
 
“Hazırda bazarda hər hansı bir təmir işi getmir. Aprel ayından etibarən işlərin başlanması nəzərdə tutulub. Təmir bitdikdən sonra satıcıların qayıdıb qayıtmaması onlardan asılıdır. Bəlkə daha yaxşı yer tapacaqlar”.
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru