1. Əzadarlıq mərasimlərinin keçirilməsi

1. Əzadarlıq mərasimlərinin keçirilməsi

Bir çox Quran ayələrində ilahi peyğəmbərlərin, tarixin seçilmiş şəxsiyyətlərinin, onların ibrətamiz sərgüzəştlərinin xatırladılması və söylənilməsinə təkid olunmuşdur. Bir qayda olaraq, وَاتْلُ عَلَيْهِمْ (vətlu ələyhim), وَاذْكُرْ فِى الْكِتابِ (vəzkur fil kitab) – cümlələrilə başlayan ayələr aydın şəkildə ilahi şəxsiyyətlərin yad edilib xatırladılmasındakı məqsədin onların avtobioqrafiyası və şəxsi məsələlərini bəyan etmək olmadığını bildirir. Əksinə, daima bu ayələrdə onların xatirəsini yaşatmağın səbəbinin onların gözəl xüsusiyyət, bəyənilən xislətlər və onlardakı ilahi və humanist metodların olmasına işarə edilir. Aşağıdakı ayələrdə belə oxuyuruq:

 

وَاذْكُرْ فِى الْكِتابِ إِبْراهِيمَ إِنَّهُ كانَ صِدِّيقاً نَبِيّاً

 

“Bu kitabda İbrahimi də xatırla, çünki o, həddən artıq doğrudanışan və Allahın peyğəmbəri idi.” ("Məryəm" surəsi, ayə 41.)
 

وَاذْكُرْ فِى الْكِتابِ مُوسى إِنَّهُ كانَ مُخْلَصاً وَ كانَ رَسُولًا نَبِيّاً

 

“Bu kitabda Musanı yad et. O, muxlis və ucaməqamlı peyğəmbər idi.” ("Məryəm" surəsi, ayə 51.)
 

وَاذْكُرْ فِى الْكِتابِ إِسْماعِيلَ إِنَّهُ كانَ صادِقَ الْوَعْدِ

 

“Bu kitabda İsmaili xatırla, çünki o, vədələrində sadiq (vəfalı) idi.” ("Məryəm" surəsi, ayə 54.)
 

وَاذْكُرْ عِبادَنا إِبْراهِيمَ وَ إِسْحقَ وَ يَعْقُوبَ اولِى الْأَيْدِى وَ الْابْصارِ

 

“Yada sal bəndələrimiz olan İbrahim, İshaq və Yəqubu. Onlar (qüdrətli) əllər və (bəsitərli) gözlərə sahib idilər.” ("Sad" surəsi, ayə 45.)

Diqqət yetirdiyiniz kimi, bu ayələrdə şəxsi və ailəvi xüsusiyyətlər, onların həyatındakı sadə məsələlərə işarə edilməmişdir, əksinə onların səlahiyyətlərinə, əxlaqi dəyərlərinə və islahatçı proqramlarından söz açılmışdır. Bu məsələ, onların xatırladılması və adlarının yaşadılmasının zəruriliyini bəyənilən xüsusiyyətlərə görə olmasını göstərir. Onların adlarının yad edilməsinin xüsusiliyi və mövzuiyyəti yoxdur, əksinə kim belə ilahi və insani üstünlüklərə malik olsa, onun adı və xatirəsinin yaşadılması insanlıq və dini vəzifələrdəndir. Bu cəhətdən, görürük ki, məsum imamlar ümmətin nicatı uğrunda ən kamil fədakarlıq nümunəsi olduğundan, Kərbəla şəhidlərinin, xüsusilə də şəhidlər ağası İmam Hüseynin (ə) adı və xatirəsini yaşatmaq üçün müxtəlif münasibətlərlə bağlı çoxlu təlaş və fəaliyyətlər göstərmiş, onların adlarının yaşadılmasında heç bir fürsəti əldən verməmişlər. Şübhəsiz ki, bu böyük şəxsiyyətlərin adları və xatirələrinin yaşadılması ilhamverici olmuş və insanların həyatına istiqamət vermiş, fədakarlıq ruhiyyəsini canlandırmış, insanları ağır hadisə və çətinliklər müqabilində müqavimətli etmişdir. Ümumiyyətlə, əməlisaleh insanların yad olunması, onların əxlaqi üstünlük və mübarizə ruhiyyəsinin bəyan edilməsi hər bir millətin, xüsusilə də, müsəlmanların onlardan nümunə götürməsi və onların yolunu izləməsi, onlara iqtida etməsinə səbəb olur.

 
Əhli-beyt imamları İmam Hüseynin (ə) xatirəsini yaşatmaq naminə müxtəlif metodlardan istifadə etmişlər. Həmin metodlardan biri də əzadarlıq mərasimlərinin keçirilməsidir. Əlqəmə Həzrəmi nəql edir ki, İmam Baqir (ə) Aşura günü İmam Hüseyn (ə) üçün öz evində əzadarlıq edirdi.
 

... ثُمَّ لَيَنْدِبُ الْحُسينَ عليه السلام وَ يَبْكِيهِ وَ يَأْمُرُ مَنْ فِي دارِهِ مِمَّنَ لا يَتَّقِيهِ بِالْبُكاءِ عَلَيْهِ... وَلْيَعُزِّ بَعْضُهُمْ بَعْضاً بِمُصابِهِمْ بِالْحُسَيْنِ عليه السلام‌

 
İmam Baqir (ə) İmam Hüseynə (ə) ağlayır və təqiyyə etmədən evdə olan buyurardu: “O həzrətə əzadarlıq edin!”, “Hüseynin (ə) müsibətinə görə bir-birinizə başsağlığı verin!” (“Vəsailuş-şiə”, c. 10, səh. 398, hədis 20.)
 
Bu gün əzadarlıq məclislərindən İslam ümmətinə nəsib olmuş və olmaqda olan bərəkətlər heç kəsə gizli deyil. Məsum imamların (ə) cavidan sünnəsinin mədəni-maarif və təlim-tərbiyə sahəsindəki təsirləri o qədər çoxdur ki, şiə mədəniyyətinin böyük bir hissəsi birbaşa və ya dolayı yolla ondan təsirlənmişdir. (Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi, Ayətullah Məkarim Şirazi, səh.48-50.)
 
Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru