1-Allahın mərhəmətini qazanmağın səbəbləri

1-Allahın mərhəmətini qazanmağın səbəbləri

QURANİ-KƏRİMDƏN NÖQTƏLƏR

1. Qurani-Kərimə itaət və təqvalı olmaq:

وَهَـذَا كِتَابٌ أَنزَلْنَاهُ مُبَارَكٌ فَاتَّبِعُوهُ وَاتَّقُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ

“Bu nazil etdiyimiz (Quran) mübarək bir kitabdır. Ona tabe olun və təqvalı olun ki, rəhm olunasınız (Allahın rəhmətini qazanasınız)!” (“Ənam” surəsi, ayə 155.)

2. Quran oxunan zaman sakit qalmaq və ədəblə qulaq asmaq:

وَإِذَا قُرِىءَ الْقُرْآنُ فَاسْتَمِعُواْ لَهُ وَأَنصِتُواْ لَعَلَّكُمْ تُرْحَمُونَ

“Quran oxunan zaman onu dinləyin və susun ki, rəhm olnasınız!” (“Əraf” surəsi, ayə 204.)

3. Qardaşlar arasında sülh və barışıq yaratmaq:

إِنَّمَا الْمُؤْمِنُونَ إِخْوَةٌ فَأَصْلِحُوا بَيْنَ أَخَوَيْكُمْ وَاتَّقُوا اللَّهَ لَعَلَّكُمْ تُرْحَمُونَ

“Həqiqətən, möminlər (bir-birilə) qardaşdırlar. Elə siə iki qardaşınızın arasını düzəldin və Allahdan qorxun (təqvalı olun) ki, rəhm olunasınız!” (“Hücurat” surəsi, ayə 10.)

4. Müsibətlər zamanı səbirli və dözümlü olmaq:

وَبَشِّرِ الصَّابِرِينَ الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ

“Səbir edənlərə müjdə ver! O kəslərə ki, başlarına bir müsibət gəldiyi zaman belə deyirlər: “Biz Allahdanıq və Ona tərəf də qayıdacağıq!” (“Ənam” surəsi, ayə 155-156.)

Maide.az – Maarif bölümü

Google+ WhatsApp ok.ru