10-Şeytanın insana nüfuz və təsiri

10-Şeytanın insana nüfuz və təsiri

QURANİ-KƏRİMDƏN NÖQTƏLƏR

1. Şeytan bütün insanları vəsvəsə edə bilir:

الَّذِي يُوَسْوِسُ فِي صُدُورِ النَّاسِ

“O (şeytanın şərindən) ki, insanların ürəklərinə vəsvəsə edir.” (“Nas”, 5.)

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ

“(İblis) dedi: “İzzətinə and olsun ki, onların hamısını (Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam.” (“Sad”, 82.)

2. Şeytan onun vəsvəsələrinə uyan insanları pis işlərə sürükləyir:

الشَّيْطَانِ وَمَن يَتَّبِعْ خُطُوَاتِ الشَّيْطَانِ فَإِنَّهُ يَأْمُرُ بِالْفَحْشَاء وَالْمُنكَرِ

“...Kim Şeytanın addımlarına tabe olsa, şübhəsiz, o, pis və çirkin işə əmr edir...” (“Nur”, 21.)

3. Şeytan Allahın saleh bəndələrinə hakim ola bilmir:

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ

“Şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər)...” (“Hicr”, 42.)

قَالَ فَبِعِزَّتِكَ لَأُغْوِيَنَّهُمْ أَجْمَعِينَ. إِلَّا عِبَادَكَ مِنْهُمُ الْمُخْلَصِينَ

“(İblis) dedi: “İzzətinə and olsun ki, onların hamısını (Adəmin nəslinin hamısını) aldadıb doğru yoldan çıxaracağam. Onların arasından Sənin (ruh və bədənlərini küfr və günah çirkinliyindən təmizlədiyin) xalis və seçilmiş bəndələrin istisna olmaqla.” (“Sad”, 82-83.)

4. Şeytan öz ardıcıllarına hakimdir:

إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاء لِلَّذِينَ لاَ يُؤْمِنُونَ

“Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik.” (“Əraf”, 27.)

إِنَّمَا سُلْطَانُهُ عَلَى الَّذِينَ يَتَوَلَّوْنَهُ وَالَّذِينَ هُم بِهِ مُشْرِكُونَ

“Onun (Şeytanın) hökmranlığı (və əmri) ancaq onu dost və başçı tutan kəslər və Allaha şərik qoşanlar üzərində (keçərli)dir.” (“Nəhl”, 100.)

إِنَّ عِبَادِي لَيْسَ لَكَ عَلَيْهِمْ سُلْطَانٌ إِلاَّ مَنِ اتَّبَعَكَ مِنَ الْغَاوِينَ

“Şübhəsiz, sənin Mənim bəndələrim üzərində heç bir hökmün yoxdur, (onlar yol seçməkdə həmişə ixtiyara malikdirlər), tamamilə sənə tabe olan azğınlardan başqa!” (“Hicr”, 42.)

Maide.az (Maarif bölümü)

Google+ WhatsApp ok.ru