12 nəfər Azərbaycana, 44 nəfər Ermənistana döndü, Rüstəm Muradov

12 nəfər Azərbaycana, 44 nəfər Ermənistana döndü, Rüstəm Muradov

12 nəfər Azərbaycana qaytarılıb. Bunu Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandiri general-leytenant Rüstəm Muradov deyib.
 
“Rusiya, Azərbaycan prezidentlərinin və Ermənistan baş nazirinin 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatına əsasən “hamını hamıya” prinsipi ilə əsirlərin  mübadiləsi həyata keçirildi. 
 
Onun sözlərinə görə, nəticədə onun şəxsi nəzarəti altında 12 nəfər Bakıya çatdırılıb və Rusiya  təyyarəsi ilə Azərbaycanın səlahiyyətli orqanlarının nümayəndələrinə təhvil verilib. Azərbaycan tərəfi 44 nəfəri Ermənistana  qaytardı. /turan /

Google+ WhatsApp ok.ru