13 yaşadək olan uşaqlar daha çox hansı xəstəliklərdən əziyyət çəkir?

13 yaşadək olan uşaqlar daha çox hansı xəstəliklərdən əziyyət çəkir?

Azərbaycanda 13 yaşadək uşaqların daha çox hansı xəstəliklərdən əziyyət çəkdiyi açıqlanıb

297 uşaqda yeni törəmələr aşkarlanıb
 
Ötən il Azərbaycanda 0-13 yaşlı uşaqlar arasında diaqnozu ilk dəfə qoyulan xəstəliklərin siyahısında ilk yeri tənəffüs orqanlarının xəstəlikləri tutub.
 
Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən il 0-13 yaşlı uşalrdan 343 289 nəfərinə ilk dəfə tənəffüs yolu xəstəliyi diaqnozu qoyulub.
 
Ümumillikdə, ötən il qeyd olunan yaşda olan 673391 uşağa müxtəlif növ xəstəliklərlə bağlı ilk diaqnoz qoyulub.
 
Onların arasında həzm sistemi xəstəlikləri (49 908 nəfərdə), sinir sisteminin xəstəlikləri (35779 nəfər), qan, qanyaradıcı orqanların xəstəlikləri və immun mexanizmin prosesə cəlb olunması ilə gedən ayrı-ayrı pozğunluqlar (30108 nəfər), endokrin sisteminin xəstəlikləri maddələr mübadiləsi və qidalanma pozğunluqları (14 943 nəfər), travmalar, zəhərlənmə və xarici səbəblərin təsirinin digər nəticələrindən xəstələnənlər (31 073 nəfər) üstünülük təşkil edib.
 
Ötən il, həmçininn 0-13 yaşlı 297 uşaqda yenitörəmlər aşkarlanıb. (report) /

Google+ WhatsApp ok.ru