15 noyabrda Kəlbəcər, 20 noyabrda Ağdam, 1 dekabrda isə Laçın Azərbaycana qaytarılır - Sazişin tam mətni 10 Noyabr 2020 03:44 Qarabağ xəbərləri Xəbər verdiyimiz kimi, Azərbaycan, Rusiya, Ermənistan rəhbərləri Dağlıq Qarabağla bağlı birgə sənəd imzalayıblar. Virtualaz.org Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları arasındakı müqavilənin mətnini təqdim edir: -Biz, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bəyan edirik: 1. 10 noyabr 2020-ci il tarixində Moskva vaxtı ilə saat 00:00-dan etibarən tam atəşkəs və Dağlıq Qarabağ münaqişəsi bölgəsindəki bütün hərbi əməliyyatların dayandırıldığı elan edilir. Bundan sonra tərəflər adlandırılacaq Azərbaycan Respublikası və Ermənistan Respublikası daha əvvəl tutulmuş mövqelərində dayanırlar. 2. Ağdam rayonu və Azərbaycan Respublikasının erməni tərəfi tərəfindən tutulmuş Qazax rayonunun əraziləri Azərbaycan tərəfinə 20 noyabr 20-ci ilə qədər qaytarılır. 3. Dağlıq Qarabağdakı təmas xətti və Laçın dəhlizi boyunca Rusiya Federasiyasının 1960 sayda hərbi qulluqçudan ibarət odlu silahlı sülhməramlı kontingenti, 90 zirehli transportyor, 380 ədəd avtomobil və xüsusi texnika yerləşdirilir. 4. Rusiya Federasiyasının sülhməramlı kontingenti Ermənistan silahlı qüvvələrinin geri çəkilməsinə paralel olaraq yerləşdirilir. Rusiya Federasiyası sülhməramlı kontingentinin qalma müddəti tərəflərdən heç birinin bu müddəanın tətbiqinə xitam verilməsi niyyətini sözügedən vaxtın bitməsindən 6 ay əvvəl çıxış etmədiyi təqdirdə, növbəti 5 illik müddətə avtomatik uzadılması ilə 5 ildir. 5. Münaqişə tərəfləri tərəfindən razılaşmaların həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün atəşkəsə nəzarət etmək üçün Sülhməramlı Mərkəz yerləşdirilir. 6. Ermənistan Respublikası 15 noyabr 2020-ci ilə qədər Azərbaycan Respublikasına Kəlbəcər rayonunu, 1 dekabr 2020-ci ilə qədər isə Ermənistanın Dağlıq Qarabağla əlaqəsini təmin edəcək Laçın dəhlizini özündə saxlamaqla və bununla belə Şuşa şəhərindən keçməməklə (5 kilometr uzunluğunda) Laçın rayonunu qaytarır. Tərəflərin razılığına əsasən yaxın üç ildə Laçın dəhlizi boyunca Xankəndi və Ermənistan arasında əlaqəni təmin edən yeni bir nəqliyyat marşrutunun tikintisi planı sonradan bu marşrutu qorumaq üçün Rusiya sülhməramlı kontingenti yenidən yerləşdirilməsilə müəyyən ediləcək. Azərbaycan tərəfi hər iki istiqamətdə Laçın dəhlizi ilə vətəndaşların, nəqliyyat vasitələrinin və yüklərin hərəkətinin təhlükəsizliyinə zəmanət verir. 7. Məcburi köçkünlər və qaçqınlar BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı İdarəsinin nəzarəti altında Dağlıq Qarabağ ərazisinə və ətraf rayonlara qayıdırlar. 8. Hərbi əsirlər və digər saxlanılan şəxslər və ölənlərin cəsədləri mübadilə olunur. 9. Regiondakı bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunur. Ermənistan Respublikası vətəndaşların, nəqliyyat vasitələrinin və malların hər iki istiqamətdə maneəsiz hərəkətini təşkil etmək üçün Azərbaycan Respublikasının qərb bölgələri ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqələrini təmin edir. Nəqliyyat əlaqələrinə nəzarət Rusiya FTX-nın Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçirilir. Tərəflərin razılığı ilə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın qərb bölgələri ilə birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcəkdir. Teqlər : #noyabrda,#Kəlbəcər,#noyabrda,#Ağdam,#dekabrda,#isə,#Laçın,#Azərbaycana,#qaytarılır,#Sazişin,#tam,#mətni, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 71 kənd, 1 qəsəbə 8 strateji yüksəklik azad olundu - TAM SİYAHI - YENİLƏNİB Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb Qarabağ xəbərləri Şəhid Kərbəlayi Zeynal Şahhüseynov böyük izdihamla dəfn edilib - FOTO / VIDEO 12 gün öncə komaya düşən qazimiz Zeynal Fizuli oğlu Şahhüseynov bu gün şəhid olub MN: Ermənilər Xocavənddə Azərbaycan Ordusuna hücum edib, 1 əsgər şəhid olub, 1-i yaralanıb I Qarabağ müharibəsində 3171 hərbçimiz, 719 mülki şəxsimiz İTKİN DÜŞÜB Vətən müharibəsində şəhid olan hərbi qulluqçuların yeni siyahısı İtaliya şirkəti ilə Kəlbəcər, Ağdam, Füzuli və Qubadlıya elektrik çəkilişi üzrə müqavilə bağlandı Vətən müharibəsində 42 tibb işçisi şəhid olub - RƏSMİ ‘Döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin nəşi çıxarılıb’ Erməni əsirliyindən azad olunan hərbçilərin və mülkilərin adları - Fotolar 12 nəfər Azərbaycana, 44 nəfər Ermənistana döndü, Rüstəm Muradov İki hərbçimiz minaya düşdü - biri şəhid oldu Ermənilər Hadrutda terror aktları törətdi: Hərbçimiz yaralandı ‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib BMT missiyası Qarabağa GƏLİR Səfir XİN-ə çağırıldı, Fransaya nota verildi MN: 44 günlük müharibə ərzində Silahlı Qüvvələrimizin 2783 hərbi qulluqçusu şəhid olub İtkin düşmüş hesab olunan hərbçilərlə bağlı - Açıqlama XİN Fransa deputatlarının Dağlıq Qarabağa səfər edəcəyi ilə bağlı məlumata münasibət bildirib Azərbaycan Ordusunun bölmələri Laçın rayonuna daxil olub (VİDEO) İran Qarabağın bərpasında iştirak etməyə hazırdır - Vitse-prezident Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI Ermənistanın dinc əhaliyə qarşı cinayətlərinin STATİSTİKASI Ermənilər Ağdamdan çıxarkən bu məscidi də yandırıblar - Fotolar İran şirkətləri Qarabağın yenidən qurulmasında iştirak etməyə hazırdır Azərbaycan İran nüvə aliminə qarşı terroru pisləyib Erməni əsirliyində olan Aminin yeni fotosu yayıldı Azərbaycan Fransaya nota verib, səfir XİN-ə çağırılıb Fransa XİN: Senatın qərarı Fransa hökumətinin siyasətini əks etdirmir Fransa Senatının qəbul etdiyi qətnamənin hüquqi qüvvəsi yoxdur - Azərbaycan XİN Azərbaycan Ordusunun bölmələri Kəlbəcər rayonuna daxil olub Putindən Qarabağla bağlı yeni açıqlama Şəhid polkovnik Babək Səmidli dəfn olunub (FOTO) Azərbaycan Ordusunun bölmələri Ağdam rayonuna daxil olub İranda Qarabağla bağlı beynəlxq konfrans Şəhid qanı - VİDEO Lavrov: Dağlıq Qarabağda Türkiyə sülhməramlıları olmayacaq Azərbaycan XİN Kanada Xarici İşlər nazirinə cavab verib Qarabağ və ətraf rayonlardakı 67 məscidin 63-ü tamamilə dağıdılıb 71 kənd, 1 qəsəbə 8 strateji yüksəklik azad olundu - TAM SİYAHI - YENİLƏNİB Azad olunmuş yaşayış məntəqələrimiz - 5 şəhər, 3 qəsəbə, 238 kənd - SİYAHI İran Azərbaycanı Şuşanın azad edilməsi münasibətilə təbrik etdi Baş prokurorluq erməni təcavüzü nəticəsində yaralananların sayını açıqladı
‘Human Rights Watch‘ : Erməni qüvvələri qanunlara zidd olaraq hərbi və mülki hədəflər arasında fərq qoymadan Azərbaycana raket zərbələri endirib