16 saylı texniki-humanitar lisey karantinə alındı - Nazirləkdən AÇIQLAMA

16 saylı texniki-humanitar lisey karantinə alındı - Nazirləkdən AÇIQLAMA

 
Bakıda fəaliyyət gösətərən 16 saylı texniki-humanitar lisey karantinə alınıb. Bu barədə Musavat.com-a daxil olan məlumata görə, koronavirusa yoluxan şagirdlərdən biri müəlliməni və digər sinif yoldaşlarını da yoluxdurub. Bu səbəbdən də məktəbdə dərslər dayandırılıb.
 
Musavat.com-a məsələ ilə bağlı açıqlama verən Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, COVİD-19-a yoluxma faktı aşkarlanarsa, məkbəb deyil, siniflər bağlanır: “Koronavirus aşkarlanıbsa, siniflər bağlanır, dərslər distant formaya keçirilir. Burada lokal olaraq həmin yer bağlanır”.
 
Cəsarət Valehov ölkəmizdə son günlər yoluxma sayının artmasının məktəblərə təsir edib-etməməsinə də münasibət bildirib: “Məktəblərdə vəziyyət yaxşıdır. Yoluxma halları ilə bağlı Təhsil Nazirliyi kampaniya aparır ki, qaydalara əməl olunsun. Ara məsafə saxlansın. Dezinfeksiyaedici məhlullardan istifadə edilsin. Bu hallarla bağlı xüsusi monitorinqlər aparılır. Monitorinqin nəticəsinə uyğun olaraq tədbirlər görülür, xəbərdarlıqlar olunur, hətta töhmət verilir”.
 
Cəsarət Valehov qanunu pozmaq cəsarətini haradan alır? - son xeberler
 
Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən 18-i özəl, 73-ü dövlət ümumi təhsil müəssisələri olmaqla, Bakı və Sumqayıt şəhərlərində, eləcə də Abşeron rayonunda fəaliyyət göstərən (məcburi köçkün məktəbləri daxil olmaqla) ümumilikdə 91 məktəbdə monitorinq aparılıb. Monitorinqin nəticələrinin təhlili göstərir ki, yoxlama aparılmış məktəblərdə əsas qayda pozuntuları müəssisəyə daxil olan şəxslərin müvafiq qaydada hərarətinin ölçülməməsi, müəssisədə müvafiq standartlara cavab verən xüsusi karantin otağının mövcud olmaması, həmçinin sanitar qovşaqlarda maarifləndirici poster və xəbərdaredici nişanların yerləşdirilməməsi ilə bağlıdır. Aşkar olunmuş qayda pozuntularının sayı və ciddiyyəti nəzərə alınmaqla, 67 dövlət ümumi təhsil müəssisəsi ilə bağlı müvafiq tədbirlər görülüb və nöqsanların aradan qaldırılması üçün onlara vaxt verilib. Bakı şəhərinin 223, 321, 326, 294, 109, 305, 144, 328, 80, 291 nömrəli ümumi təhsil müəssisələrinin, eləcə də Bakı, Sumqayıt və Abşeronda yerləşən Zəngilan rayonu 32, Şuşa rayonu 7 və 9 nömrəli, Kəlbəcər rayonu 13 nömrəli tam orta, Laçın rayonu Biləcəri ümumi orta məktəbi və 10 nömrəli tam orta məktəblərin direktorlarına töhmət verilib, 51 təhsil müəssisəsinin direktoruna isə xəbərdarlıq edilib. Qeyd edək ki, verilmiş vaxt bitdikdən sonra həmin müəssisələrdə təkrar monitorinq keçirilməsi nəzərdə tutulur.  
 
Eyni zamanda qayda pozuntuları aşkar olunmuş özəl təhsil müəssisələri ilə bağlı müvafiq tədbirlər görülməsi üçün aidiyyəti dövlət orqanlarına məlumat verilib.  
 

Google+ WhatsApp ok.ru