2015-ci ilin oktyabr ayı üçün əlamətdar İslami günlər

2 oktyabr  – 18 Zil-həccə -  “Qədir-Xum” bayramı və İmam Əlinin (ə) Peyğəmbəri-Əkrəm (s) tərəfindən canişin və vəsi elan edildiyi gündür.

7 oktyabr – 23 Zil-həccə -  Meysəm Təmmarın vəfat günü.

8 oktyabr – 24 Zil-həccə -  “Mübahilə” günü və Əhli-beytin (ə) məqamı ilə bağlı “Təthir” ayəsinin nazil olduğu gündür.

15 oktyabr - 1 Məhərrəm - İslam təqviminin başlanğıcı

16 oktyabr – 2 Məhərrəm -  İmam Hüseynin (ə) Kərbəlaya çatdığı gün.

17 oktyabr – 3 Məhərrəm -  Ömər ibn Sədin qoşunu Kufədən Kərbəlaya çatıb.

21 oktyabr – 7 Məhərrəm -  Yezidin ordusu Kərbəlada Əhli-Beytin suyunu kəsdi.

23 oktyabr – 9 Məhərrəm -  Tasua günü. 

24 oktyabr – 10 Məhərrəm -  Aşura günü. İmam Hüseynin (ə), Həzrət Əbəlfəzl Abbasın (ə)  və silahdaşlarının şəhadəti.

25 oktyabr – 11 Məhərrəm -  İmam Hüseynin (ə) ailəsi əsir kimi Kufəyə aparılır.

26 oktyabr – 12 Məhərrəm -  İmam Hüseynin (ə) ailəsi Kufəyə çatır.

26 oktyabr – 12 Məhərrəm -  İmam Zeynəlabidinin (ə) şəhadəti.

27 oktyabr – 13 Məhərrəm -  Kərbəla şəhidlərinin dəfni.

27 oktyabr – 13 Məhərrəm -  Mədinədə Hərrah döyüşü.

30 oktyabr – 16 Məhərrəm -  Qiblənin Qüdsdən Kəbəyə dəyişdirildiyi gün.

 

Google+ WhatsApp ok.ru