2021-ci ilin ilk 6 ayı ərzində Əfqanıstanda öldürülən dinc sakinlərin sayı açıqlandı

2021-ci ilin ilk 6 ayı ərzində Əfqanıstanda öldürülən dinc sakinlərin sayı açıqlandı

Əfqanıstanda bu ilin ilk 6 ayında  zorakılıq hadisələri nəticəsində öldürülən dinc sakinlərin  sayı açıqlanıb.
 
Maide.Az “tasnimnews”a istinadla xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatınn Əfqanıstana Yardım Missiyası (UNAMA) tərəfindən açıqlama verilib.
 
Açıqlamaya görə, 2021-ci ilin ilk 6 ayı ərzində Əfqanıstandakı  zorakılıq hadisələrində 1659  dinc sakin həyatını itirib, 3254 dinc sakin isə yaralanıb. 
 
BMT-nin Əfqanıstana Yardım Missiyası (UNAMA) zorakılıqların dayandırılmasını tələb edib.
 
Zorakılıqlar dayandırılmasa  dinc sakinlərin ölüm hallarının ən yüksək həddə çatması ilə bağlı xəbərdarlıq edilib. 
 

Google+ WhatsApp ok.ru