2024-cü il Avropa çempionatı Almaniyada olacaq 28 Sentyabr 2018 01:00 İdman Futbol üzrə 2024-cü il Avropa çempionatı Almaniyada keçiriləcək. UEFA-nın icraiyyə komitəsində səsvermədə Almaniya Türkiyəni məğlub edib. Bu turnir 1988-ci ildə də Almaniyada keçirilib. Türkiyə artıq dördüncü dəfədir ev sahibliyi üçün müraciət edir, amma qalib gələ bilmir. İcraiyyə komitəsi 12-4 Almaniyanın xeyrinə səs verib. Almaniya 1974 və 2006-cı illərdə Dünya Çempionatına da ev sahibliyi edib. Çempionatda 24 komanda 51 oyun keçirəcək. Yarışlar Almaniyanın 10 şəhərində baş tutacaq. 2020-ci il çempionatı isə Avropanın müxtəlif yerlərində olacaq. 2016-cı ildə çempionat Fransada keçirilmişdi və ondan 2 milyard avroluq gəlir götürülmüşdü. UEFA-nın qazancı 850 milyon avro (1 milyard dollar) idi. / azadliq.org / Teqlər : #2024cü il Avropa çempionatı Almaniyada olacaq, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Neymar bu hərəkəti ilə hamını kövrəltdi - VİDEO Bu gün UEFA Çempionlar Liqasında A, B, C və D qruplarında növbəti oyunlar keçiriləcək