21. Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və ikinci dəlil-4 06 Oktyabr 2020 16:43 Səfər İkinci dəlil: Şəhidlərin başlarının bədənlərinə qovuşdurulması Bəzi nəzər sahibləri Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya girişinə aydınlıq gətirməsələr də, qeydlərinin nəticəsi budur: “İmam Səccad (ə) İmam Hüseynin (ə) mübarək başını Kərbəlaya gətirdi və atasının bədəninə qovuşdurdu.” Yaxud belə yazırlar: “Mübarək baş Kərbəlaya qaytarıldı, hərçənd ki, İmam Səccadın (ə) adı orada qeyd edilmir.” İmam Səccadın (ə) Kərbəlaya gəlişinin və onun tərəfindən mübarək başların bədənlərinə qovuşdurulmasının yalnız Ərbəinə təsadüf etməsi fikrini də bu nəzərə əlavə etsək, onların Kərbəlaya gəlişi və başları bədənlərinə qovuşdurmasının Səfər ayının 20-də olması qənaətinə gəlmək olar. Bu mətləbin bir hissəsi öncədən şəhidlərin başlarının dəfni mövzusunda qeyd edildi. Burada bir daha təkrar edir və əlavə fərqli nəzərlərdən bir neçəsini nəzərinizə çatdırırıq: a) Şeyx Səduq (vəfatı: 381 h.q.) yazır: “İmam Səccad (ə) Əhli-beytlə (ə) birgə şəhidlərin başlarını götürüb (Dəməşqdən) çıxdılar və mübarək başları Kərbəlaya qaytardılar (və orada torpağa tapşırdılar).” (“Əmali”, Şeyx Səduq, məclis 31, səh.168, hədis 4.) b) Fəttal Nişaburi (vəfatı: 508 h.q.) də yazır: خَرَجَ عَليُّ بْنُ الْحُسَيْنِ عليه السلام بِالنِّسْوَةِ وَرَدَّ رَأْسَ الْحُسَيْنِ إِلى كَرْبَلاءَ “İmam Əli ibn Hüseyn (ə) xanımlarla birgə (Şamdan) çıxdı və İmam Hüseynin (ə) mübarək başını Kərbəlaya qaytardı.” (“Rəvzətul-vaizin”, səh.192.) c) İbn Şəhr Aşub (vəfatı: 588 h.q.) da “Mənaqib” kitabında İmam Hüseynin (ə) mübarək başının bədəninə qovuşdurulmasını qeyd etmişdi. (“Mənaqib”, İbn Şəhr Aşub, c.4, səh.85.) d) Böyük əhli-sünnə alimi Sibt ibn Covzi (vəfatı: 654 h.q.) də yazır: أَلْأَشْهَرُ أَنَّهُ رُدَّ إلى كَرْبِلاءَ فَدُفِنَ مَعَ الْجَسَدِ “Daha məşhur nəzər, o Həzrətin mübarək başının Kərbəlaya gətirilməsi və pak bədəninin kənarında dəfn edilməsidir.” (“Təzkirətul-xəvass”, səh.150.) f) Əllamə Məclisi də belə yazır: “İmamiyyə alimləri arasında məşhur nəzər, İmam Hüseynin (ə) mübarək başının şərafətli bədəni kənarında dəfn edilməsidir və bu iş İmam Əli ibn Hüseyn (ə) tərəfindən baş vermişdir.” (“Biharul-ənvar”, c.45, səh.145.) h) Böyük əhli-sünnə alimi Şəblənci də yazır: “İmamiyyə (on iki imamçı şiə) məzhəbi İmam Hüseynin şəhadətindən qırx gün sonra o Həzrətin mübarək başının Kərbəlada bədəninə qovuşdurulduğuna inanır.” (“Nurul-əbsar”, c.2, səh.44.) Deməli, şəhidlərin başlarının İmam Səccad (ə) tərəfindən Kərbəlaya qaytarılıb pak bədənləri kənarında basdırılmasını, digər tərəfdən, o Həzrətin Mədinəyə qayıtdıqdan sonra başları Kərbəlaya gətirməsi və ya karvanı Mədinəyə göndərib özü tənha Kərbəlaya gəlməsinin nəql edilmədiyini nəzərə alsaq, İmam Səccadın (ə) bacıları, bibiləri və Aşura hadisəsindən digər sağ qalanlarla Kərbəlaya gəlməsi qənaətinə gəlmək olar. (Necə ki, Şeyx Səduq və Fəttal Nişaburi aydınlıq gətirmişdir.) Şəhidlərin başlarını dəfn etməklə bərabər, bir daha Kərbəla şəhidlərini andılar. Bu nəqllərin bəzilərində o günün Səfər ayının 20-inə və ya Cabir ibn Abdullah Ənsarinin Kərbəlaya gəlişinə təsadüf etdiyi qeyd edilməsə də, digər nəqllərdə (Əbu Reyhan Biruninin sözü kimi) bu açıq-aşkar bildirilmişdir. Başların Kərbəlaya aparılmasını bildirən nəqllər də başqa bir tarix göstərməmişlər. Odur ki, Əhli-beytin (ə) Kərbəlaya gəlişinin Səfər ayının 20-nə təsadüf etdiyinə inananların sözlərini nəzərə alsaq, başların bədənlərə qovuşdurulmasının İmam Səccad (ə) və karvandakı digər şəxslər tərəfindən həmin gündə baş verməsi qənaətinə gəlmək olar. (“Aşura – Tarixin ən böyük qəhrəmanlıq salnaməsi”, Ayətullah Məkarim Şirazi, səh.629-630.) Maide.az – Maarif bölümü Teqlər : #21.,#Əhlibeyt,#əsirlərinin,#ilk,#Ərbəində,#Kərbəlaya,#gəlişi,#və,#ikinci,#dəlil4, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru 20. Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil-3 'Ərbəin' gününün əməlləri Səfər 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO 'Ərbəin' gününün əməlləri Ərbəin zəvvarları Nəcəf - Kərbəla yolunda -FOTO Məhəmməd ibn Əbi Bəkrin həyatı Ərbəinə 7 gün qaldı - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı Həzrət Rüqəyyənin (ə) şəhadəti Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri Ümmül-Bəninin yanıqlı nalələri Mədinədə əzadarlıq İmam Səccadın (ə) Mədinə darvazası önündəki xütbəsi Mədinəyə giriş Mədinəyə doğru Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlada əza məclisi 'Ərbəin' ziyarətnaməsi (tərcümə və oxunuşu) - VİDEO Əhli-beyt əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişi və üçüncü dəlil-5 Ərbəinlə bağlı maraqlı ÇAĞIRIŞ 'Ərbəin' gününün əməlləri 'Ərbəin' gününün əməlləri 20. Kərbəla əsirlərinin ilk Ərbəində Kərbəlaya gəlişinin mümkünlüyü və birinci dəlil-3 19. Məsafə ölçüsü və uzun dayanacaqlar-2 18. Əhli-beyt (ə) əsirlərinin Ərbəin günü Kərbəlaya gəlişi və fərqli fikirlər-1 İmam Hüseyn (ə) Ərbəininin ahıl zəvvarları- FOTO 17. Şamdan hərəkət 16. İmam Səccadın (ə) üç istəyi Ərbəinə 10 gün qalır: Yollarda İmam Hüseyn (ə) bayraqları - FOTO Əmmar Yasir - Haqla batilin meyarı Salman Farsinin həyatı 15. Yezid sarayının təməllərini lərzəyə gətirən xütbə-2 Ərbəinə 13 gün qalır: İraqın cənubundan İmam Hüseyn (ə) aşiqlərinin Kərbəla səmtinə yürüşü - FOTO 14. Yezidin sarayının təməllərini lərzəyə gətirən xütbə-1 13. Şamdan geri qalanlar Həzrət Rüqəyyənin (ə) şəhadəti 12. Xanım Zeynəbin (s.ə) Yezidin sarayındakı xütbəsi 11. Kərbəla əsirləri Yezidin sarayında Səfər ayında bu duanı hər gün on dəfə oxumaq tövsiyə olunur Səfər ayı üçün əlamətdar İslami günlər Səfər ayının əməlləri 'Ərbəin' gününün əməlləri